Nümayiş saytı » əsasnamə » Əsasnamə
Xəbər haqqında informasiya
13-07-2011, 10:08

Əsasnamə

Bölmə: əsasnamə

Milli Hidrometeorologiya Departamenti haqqında Əsasnamə
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «12» mart 2003-cü il tarixli 177/ü nömrəli Əmri ilə təsdiq edilmişdir.
I. Ümumi müddəalar
2. Departanment Respublika ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan akvatoriyasında hidrometeoroloji şərait və iqlim üzərində müşahidələr aparan, onların təhlilini və proqnozlaşdırılmasını həyata keçirən, milli və beynəlxalq tələbatın ödənilməsi üçün hidrometeoroloji və onunla bağlı xidmətləri göstərən orqandır.
III . Departamentin funksiyaları
10.1. Əhalini, idarə, müəssisə və təşkilatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hidrometeoroloji məlumatlarla, təhlükəli atmosfer hadisələri haqqında xəbərdarlıqlarla, meteoroloji və aqrometeoroloji proqnozlarla, iqlim xarakteristikaları, səth sularının hidroloji recimi, Xəzər dənizinin (gölünün) hidrometeoroloji xüsusiyyətləri haqqında məlumatlarla təmin edir;
10.2. Hidrometeoroloji məlumatların operativ olaraq yığılmasını, yoxlanmasını, təhlil edilməsini, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada yerli, regional və beynəlxalq təşkilatlarla yayımlanmasını təmin edir;
10.3. Yerüstü suların uçotunu aparır, Dövlət Su Kadastrının aparılmasından irəli gələn məsələləri həll edir;
10.4. Müşahidə sistemlərinin səmərəli fəaliyyət göstərməsini, hidrometeoroloji stansiya və digər müşahidə məntəqələrinin normal işini təmin edir;
10.5. Yerüstü su obyektlərində, kənd təsərrüfatı bitkiləri üzərində, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşələrdə, otlaqlarda, yer səthində və atmosferdə radiasiya durumu üzərində sistematik müşahidələr aparır;
10.6. Antropogen təsir nəticəsində ozon təbəqəsində gedən dəyişikliklər, eləcə də atmosferdə ozonun ümumi miqdarı üzərində müşahidələr və tədqiqatlar aparır;
10.7. Xəzər dənizinin (gölünün) hidrometeoroloji və səviyyə rejimini öyrənmək məqsədi ilə müşahidələr təşkil edir;
10.8. Əhaliyə, iqtisadiyyata ziyan vuran, qəzalara gətirib çıxara biləcək təhlükəli və xüsusilə təhlükəli hidrometeoroloji hadisələr (sellər, güclü küləklər, qasırğa, sahillərin subasması, qar uçqunları, güclü şaxtalar, quraqlıqlar və s.) haqqında xəbərdarlıqların hazırlanmasını və onların dövlət idarəetmə orqanlarına, əlaqədar təşkilatlarla və əhalinin nəzərinə çatdırılmasını təmin edir;
10.9. Kür, Araz çaylarının və digər daxili suların hövzələri, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə məlumatların təhlili əsasında su təsərrüfatı balansının su ehtiyatalarından kompleks istifadənin və onların mühafizəsinin perspektiv sxemlərinin hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir;
10.10. Atmosferdə, Xəzər dənizinin (golünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su tutarlarında habelə quruda, hidrometeoroloji proseslərin monitorinqini keçirir, regional iqlim dəyişmələrinin və bu sahədə digər qlobal hidrometeoroloji problemlərin ölkə əhalisinə və iqtisadiyyata təsirini araşdırır;
10.11. Beynəlxlaq və yerli aeronaviqasiyaya meteoroloji xidmətin göstərilməsi üçün səlahiyyətli meteoroloji orqan səlahiyyətlərini həyata keçirir;
10.12. Aviasiyanın meteoroloji təminatının beynəlxalq səviyyədə həyata keçirilməsi məqsədi ilə Nazirliklə razılaşdırılmış qaydada aviameteoroloji stansiya və məntəqələr təşkil edir, müşahidələr aparır və proqnozlar tərtib edir;
10.13. Təhlükəli hidrometeoroloji və digər təbi hadisələrin əmələ gəlməsinin və inkişafının doğurduğu nəticələr üzrə sistemli müşahidələr təşkil edir və aparır;
10.14. Qanunvericilikdə müəyyən edilmiş qaydada hidrometeoroloji məlumatların xarici ölkələrlə, beynəlxalq təşkilatlarla mübadiləsini və uzlaşmasını həyata keçirir, bu sahədə hidrometeorologiya, habelə hidrometeoroloji proseslərə fəal təsir üzrə qabaqcıl təcrübədən istifadə olunmasını təmin edir;
10.15. Azərbaycan Respublikası ərazisində Ümumdünya Meteorologiya Təşkilatının təlimatlarına uyğun olaraq radiometeoroloji və aeroloji müşahidə şəbəkəsinin inkişafı barədə Nazirliyə təkliflər verir;
10.16. Radiometeoroloji və aeroloji məlumatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının ərazisi daxilində, regional və beynəlxalq səviyyələrdə mübadiləsini həyata keçirir;
10.17. Hidrometeoroloji proseslərə, iqlimə, təbii mühitə antropogen fəaliyyətin təsirini təhlil edir və onun mənfi nəticələrinin aradan qaldırılması üzrə tövsiyyələr hazırlayır;
10.18. Fövqəladə hadisələrə gətirib çıxaran, yaxud əhali və iqtisadiyyat üçün təhlükə törədən və dağıntılarla nəticələnən təhlükəli hidrometeoroloji hadisələrin vurduğu ziyanın minimuma endirilməsi məqsədi ilə mövcud üsul və metodları vaxtaşırı olaraq təkmilləşdirir; 10.19. Hidrometeorologiya sahəsində məlumatların toplanması, istifadəsi, ötürülməsi , regional və beynəlxalq səviyyədə məlumatlar mübadiləsi üçün Ümumdünya Meteorologiya Təşkilatının təlimatlarına uyğun olaraq informasiya və telekommunikasiya sisteminin yaradılması və istismar edilməsi haqqında Nazirliyə təkliflər verir və bu işlərin keçirilməsini təmin edir; 10.20. Hidrometeoroloji müşahidələrin vahid sistemdə aparılmasını, müvafiq milli və beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edir; 10.21. Hidrometeorologiya sahəsində mütərəqqi üsulların tətbiqi məqsədi ilə metodik göstəriş, təlimatların təkmilləşdirilməsi barədə Nazirliyə təkliflər verir və tətbiq olunmasını təmin edir; 10.22. İstismarında olan bütün növ hidrometeoroloji cihaz və ölçü vasitələrinin vaxtaşırı attestasiyasını, etalon cihazlarla tutuşdurulmasını və yoxlanılmasının təmin edilməsi məqəsədi ilə ölçü vasitələrinin siyahısını Nazirliyin Metrologiya və Standartlaşdırma Mərkəzinə təqdim edir; 10.23. İqlimin qlobal və regional dəyişmələri üzrə müşahidələr və tədqiqatlar aparır, milli iqlim proqramını həyata keçirir; 10.24. Nazirlik tərəfindən təsdiq edilmiş qayda və normalara uyğun olaraq mürəkkəb fiziki-coğrafi şəraitdə (yüksək dağlıq zonada, adada, açıq dənizdə) ətraf mühitin hidrometeoroloji rejimi üzrə müşahidələr və işlər aparan işçilərini xüsusi geyim, ərzaq və digər fərdi mühafizə vasitələri ilə təmin edir;
10.25. Nazirlik tərəfindən Departanmentə həvalə edilmiş qanunvericiliyə uyğun digər funksiyaları həyata keçirir.
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da