Xəbər haqqında informasiya
13-07-2011, 04:53

Haqqımızda

Bölmə: Haqqımızda

Radiometeorologiya və Aerologiya Mərkəzi

 

        Radiometeorologiya və Aerologiya  Mərkəzi (bundan sonra Mərkəz) Ekologiya və Təbii Sərvətlər Nazirinin 3 avqust 2012-ci il tarixli 439/ü saylı əmri ilə yaradılmışdır. Onun tərkibinə  Radiometeoroloji və aeroloji müşahidələrin təşkili şöbəsi, Təhlükəli atmosfer hadisələrinin təhlili və statistikası şöbəsi, Ağstafa, Şamaxı, Göygöl, İsmayıllı, Şəki, Tovuz, Füzuli, Zəngilan və Agdərə radiometeoroloji stansiyaları (RMS), Maştaga aeroloji stansiyası (AS) və Atmosfer proseslərinə fəal təsir dəstəsi daxildir. 

      Füzuli, Zəngilan və Ağdərə RMS-larının xidmət etdiyi ərazilər və müvafiq  meteoroloji radiolokatorlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır.

   Mərkəzin yaradılmasında əsas məqsəd müasir computer, informasiya texnologiyaları və radioelektronika sahəsində yeniliklərin tətbiqilə radiolokasiya və aeroloji müşahidələrinin  keyfiyyətinin yüksəldilməsini və müvafiq müşahidə məlumatlarının operativ olaraq istifadəçilərə çatdırılmasını təmin etməkdən ibarətdir.  

    Mərkəzin strukturuna daxil olan radiometeoroloji stansiyalar 1967-1991-cı illərdə respublika ərazisində həyata keçirilən doluya qarşı mübarizə tədbirləri ilə əlaqədar  atmosfer proseslərinə  fəal təsir hərbiləşdirilmiş dəstələri  (bundan sonra “Dəstələr”) kimi yaradılaraq 1992-ci ilə qədər Atmosfer Proseslərinə Fəal Təsir Xidmətinin tərkibində fəaliyyət göstərmişlər.  2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə əlaqədar olaraq Ağstafa və Tovuz Dəstələri Milli Hidrometeorologiya Departamenti Ağstafa Atmosfer Proseslərinə Fəal Təsir Təcrübə Sınaq Poliqonunun, digər Dəstələr, həmçinin Maştağa  aeroloji stansiyası isə Radiometeorologiya və Aerologiya Rəsədxanasının tərkibinə verilmişdir. Həmin dövrdən başlayaraq Dəstələr  radiometeoroloji stan-siyalar (RMS) adlanır. 2012-ci ilin avqust ayından RMS-lar Maştağa AS yeni yaradıl-mış   Radiometeorologiya və Aerologiya Mərkəzinin tabeliyinə verilmişdir.            

     Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrome- teorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ilin birinci yarısında Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyalarında yerləşən «MRL-5» tipli meteoroloji radiolokatorlar, 2003-cü ilin axırlarında isə Maştağa Aeroloji Stansiyasındakı «Titan AHK-1M» tipli aeroloji radiolokator əsaslı təmir edilmiş, fərdi kompüterlərdən istifadə etməklə avtomatlaşdırılmış radiometeoroloji və aeroloji müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilmişdir Bundan sonra Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyaları tərəfindən hidrometeoroloji proseslərin (şimşək-leysan və dolu buludları, onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin) radiometeoroloji müşahidələri aparılır

(şək. 1).

 

     Atmosferin müxtəlif qatlarında hava axınlarının vəziyyətini, temperaturu, təzyiqi, rütubətliliyi müəyyənləşdirmək məqsədilə Mərkəzin Maştağa aeroloji stansiyasında 25-35 km hündürlüyə qədər qalxa bilən xüsusi  radiozondlar buraxılır.  Xüsusi   radiolokasiya   sistemi vasitəsilə   radiozondlardan qəbul  edilən

 

 

 

Haqqımızda



 

 

 

Haqqımızda



 

 

 

Şəkil 1. Ağstafa  radiometeteoroloji stansiyasında MRL-5 radiolokatoru (a)

və AİS-MRL sistemi ilə operativ iş prosesi (b).

 

 

meteoroloji məlumatlar təhlil edilərək müxtlif istifadəçilərə çatdırılır. Beynəlxaq yayıma cəlb olunan bu məlumatların aviasiyada, sinoptik xəritələrin tərtib olunmasında və beləliklə də ərazidə gözlənilən hava şəraiti haqqında proqnozların dəqiqləşdirilməsində müstəsna əhəmiyyəti vardır.  (şək.2). Radiometeoroloji və aeroloji müşahidə məlumatlarının qəbulu, toplanması, saxlanması, arxivləşdirilməsi, işlənməsi, emalı və ötürülməsi fərdi kompüterlərin köməyi ilə avtomatlaşdırılmış rejimdə aparılır. Radiometeoroloji müşahidələr vasitəsilə 250 km-lik radiusda müxtəlif hündürlüklərdə yağıntının intensivliyi və miqdarı, yağıntı düşən ərazilər, dolunun təxmini ölçüləri və dolu yağan ərazilər, bulud və yağıntı zonalarının hərəkət xarakteri və s. müəyyən edilir ki,  bunlardan da ən qısamüddətli hava proqnozlarının hazırlanmasında, aviasiyanın meteoroloji təminatında, sel və daşqınların proqnozlaşdırılmasında istifadə olunur.

 

 

Haqqımızda



 

                       Şəkil 2. Maştağa aeroloji stansiyasında radiozondun buraxılması

    

         Radiometeorologiya və Aerologiya Mərkəzi yaradıldıqdan sonra 2013-cü ildə Göygöl və Şəki radiometeoroloji stansiyalarında,  20 ildən artıq bir müddətdə istifadəsiz və nasaz vəziyyətdə qalan, MRL-5 radiolokatorları Mərkəzin mütəxəssisləri tərəfindən əsaslı təmir olunaraq işə hazır vəziyyətə gətirilmiş və onların bazasında və müvafiq proqram-texniki kompleksin tətbiqilə yeni avtomatlaşdırılmış radiolokasiya idarəetmə sistemləri yaradılmışdır.  

      Şəki radiometeoroloji stansiyasında şəbəkə elektrik xətti mövcud olmadığından burada AİS-MRL sisteminin enerji təminatı dizel generatoru vasitəsilə həyata keçirilir. Stansiyada dizel yanacağına qənaət və infrastrukturun qismən yaxşılaşdırılması məqsədilə cari ilin əvvəlində Mərkəzin mütəxəssislərinin köməyilə alternativ enerıi mənbələri olan   külək aqreqatı və günəş batareyaları quraşdırılmışdır. Yerli şəraitə uyğun olaraq,  aqreqatların quraşdırılması sxemlərində bir sıra dəyişikliklər edilmişdir.  Belə ki, günəş batareyalarının şaqulu ox ətrafında fırlanan konstruksiya üzərində quraşdırılması günəşin istənilən vəziyyətində onun şüalarının lövhələrə kiçik bucaq altında düşməsini və beləliklə də qurğunun optimal rejimdə işləməsini təmin edir. Bundan başqa, 96  volt gərginlikli akkumulyator batereyası (8 ədəd 12 voltluq akkumulyator) üçün nəzərdə tutulan  külək aqreqatının elektrik sxemində dəyişiklik edilərək 24 voltliq batareyaya (2 ədəd 12 voltluq akkumuyator) uyğunlaşdırılmışdır. Hər iki aqreqatın birgə işini tənzimləyən xüsusi enerji bloku yaradılmışdır (şək. 3) . Quraşdırılmış avadanlıqların hamısı normal işləyir və 15 aprel  tarixdən stansiyada tam həcmdə radiometeoroloji müşahidələrin aparılmasına başlanılmışdır.

 

Haqqımızda

 

 

Şəkil 3. Şəki radiometeoroloji stansiyasında quraşdırılmış külək aqreqatı və günəş batareyaları.

   Beləliklə, hazırda Respublika ərazisində fəaliyyət göstərən 4 avtomatlaşdırılmış radiolokasiya idarəetmə sistemi bulud və atmosfer yağıntıları, həmçinin onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələri yüksək keyfiyyət və etibarlıqla izləməyə və bu hadisələrin ən qısamüddətli proqnozlarını hazırlamağa imkan verir (şək.4).

 

Haqqımızda



 

Şəkil.4. Göygöl radiometeoroloji stansiyasının radar məlumatlarına əsasən, 10 iyun 2014-cü ildə Respublikanın qərb ərazilərində baş vermiş fəlakətli dolu-leysan buludunun radioəksinin dəniz səviyyəsindən 6000 m hündürlükdə üfqi kəsiyi.

 

      AİS-MRL proqram kompleksi  vasitəsilə respublika ərazisində   baş verən atmosfer yağıntıları, o cümlədən  güclü dolu–şimşək və leysan prosesləri izlənilir. Radiometeoroloji şərait təhlil olunaraq faktiki və yaxın saatlarda gözlənilən təhlükəli leysan, dolu, şimşək və onlarla əlaqədar olan daşqın və sel hadisələri haqqında məlumatlar  Hidrometoroloji Proqnozlar Bürosuna, digər istifadəçilər üçün isə Mərkəzin müvafiq azmeteoradar@gmail.com elektron ünvanı-na  göndərilir.  

      Gün ərzində baş vermiş təhlükəli atmosfer yağıntıları, o cümlədən leysan, dolu haqqında radar məlumatları müvafiq kompüter animasiyaları və şərhlər şəklində, bundan başqa radiozond məlumatıarı əsasıında hazırlanmış aeroloji diaqramlar  Mərkəzin www.azmeteoradar.com  elektron saytında yerləşdirilir.

                                                                                               

       Mərkəzdə Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu ilə birgə  “Dolu-leysan proseslərinin ən qısamüddətli proqnozlarının hazırlanmasına dair” metodik vəsait və “Aeroloji müşahidələrin aparılması” haqqında təlimat hazırlanaraq çap edilmişdir.

     2012-ci ildə Mərkəzinin direktoru, coğrafiya elmləri doktoru  Səfərov Səid Həsən oğlunun müəllifliyi ilə  Azərbaycan ərazisində təhlükəli leysan, şimşək, dolu və  onlarla əlaqədar olan daşqın və sellərin çoxillik tədqiqinin nəticələrini özündə əks etdirən  “Грозоградовые и селевые явления на территории Азербайджана и радиолокационные методы их прогнозирования» adlı monoqrafiya çapdan çıxmışdır.  

Xəbər haqqında informasiya
1-07-2011, 11:37

Radiometeorologiya və Aerologiya Mərkəzi

Bölmə: Haqqımızda

 

Radiometeorologiya və Aerologiya Mərkəzi

 

Radiometeorologiya və Aerologiya Mərkəzi

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da