Nümayiş saytı » rms » MAŞTAĞA AEROLOJİ STANSİYASI
Xəbər haqqında informasiya
 (səslər: 0)
13-09-2011, 07:53

MAŞTAĞA AEROLOJİ STANSİYASI

Bölmə: rms


                                      
METEOROLOJİ  MÜŞAHİDƏ  SİSİTEMLƏRİNDƏ  

 

                                            İNNOVASİYALARIN  TƏTBİQİ MƏRKƏZİ

      

 

 

                                                      MAŞTAĞA AEROLOJİ STANSİYASI

 


                                                   



 

 

     “Titan AHK-1M” tipli aeroloji radiolokator və radiozond vasitəsi ilə atmosferin şaquli zondlanması həyata keçirilir, atmosferin müxtəlif qatlarında atmosfer təzyiqi, havanın temperaturu və rütubətliyi, küləyin sürəti və istiqaməti təyin edilir 

 

 

 

                FƏALİYYƏTDƏ OLAN RADİOMETEOROLOJİ və AEROLOJİ RADİOLOKATORLARIN

 

                                                       YERLƏŞMƏSİNİN XƏRİTƏ SXEMİ   

 

 

 

MAŞTAĞA AEROLOJİ STANSİYASI

 

 

                                                          AEROLOJI MÜŞAHİDƏLƏRİN TARİXİ

     Maştağa Aeroloji Stansiyasında aeroloji müşahidələrin aparılmasına 1936-cı ildən başlanılmışdır. Stansiyada 1973-cü ildə “Meteorit-2” aeroloji radiolokatoru quraşdırılmış  və RKZ-5, 1984-cü ildən “MARZ-2-2”  radiozondu buraxılmağa başlanmışdır. 1984-cü ildə «Titan AHK-1M» aeroloji radiolokatoru quraşdırılmış və “MRZ-3A” radiozondundan istifadə olunmağa başlanmışdır.

    Maştağa Aeroloji Stansiyasındakı «Titan AHK-1M» tipli aeroloji radiolokatorlar uzun müddət istismar olunduğu və əsaslı təmir olunmaq üçün ehtiyat hissələri ilə təmin olunmadığı üçün  1995-ci ildə bu radiolokatorların işi dayandırılmış, aeroloji müşahidə  işləri aparılmamışdır.  

    Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti  yaradıldıqdan sonra 2003-cü ilin axırlarında    Maştağa Aeroloji Stansiyasındakı «Titan AHK-1M» tipli aeroloji radiolokatoru əsaslı təmir edilmiş, fərdi kompüterlərdən istifadə etməklə avtomatlaşdırılmış aeroloji müşahidə sistemləri  quraşdırılaraq istifadəyə verilmişdir.    

    Bundan sonra Maştağa Aeroloji Stansiyasından hər gün 40 km hündürlüyə qədər qalxan radiozond buraxılmaqla aeroloji radiolokatorların vasitəsi ilə atmosferin troposfer və stratosfer qatlarının aeroloji müşahidələri aparılmağa başlanmışdır.

    Ekologiya və Təbii Sərvətlər Nazirinin 08 fevral 068/ü saylı əmri ilə  Milli Hidrometeorologiya Departamentinin tərkibində, Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzi  yaradıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirinin 08 fevral 068/ü saylı əmri ilə  Milli Hidrometeorologiya Departamentinin tərkibində Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzi  yaradıldıqda Maştağa Aeroloji Stansiyası fəaliyyət göstərmirdi. Mərkəzin mütəxəssisləri tərəfindən Maştağa AS-ndakı “Titan AHK-1M” tipli radiolokatorunda təmir edilmiş, radiozondun test buraxılışı həyata keçirilmişdir. Testlər zamanı yaranmış nasazlıqlar aradan qaldırılmış, radiozond buraxılışı bərpa edilmişdir.

 

 

 

AEROLOGİYANIN PREDMETİ və METODU

    Aerologiyanın predmeti sərbəst atmosferdə baş verən fiziki proseslərin  öyrənilməsi, metodu isə aeroloji radiolokatorun və zondlama, yəni atmosferə qaldırılmış cihazın vasitəsi ilə müxtəlif meteoroloji kəmiyyətlərin (küləyin sürət və istiqamətinin, təzyiqin, temperaturun və rütubətin), həmçinin havanın qaz və aerozol tərkibinin ölçülməsidir.

    Aeroloji müşahidə məlumatlarının qəbulu, toplanması, saxlanması, arxivləşdirilməsi, işlənməsi, emalı və ötürülməsi fərdi kompüterlərin köməyi ilə avtomatlaşdırılmış rejimdə aparılır.

 

Fərdi kompüter vasitəsilə rəngli monitorda aşağıdakılar təsvir edilir:

1.Zondun verdiyi temperaturun, rütubətin, təzyiqin, küləyin sürət və istiqamətinin qiymətləri hesablanır və qrafiklərii qurulur;

2. Şeh nöqtəsi hesablanır;

3. Standart hündürlüklər (100, 200, 400, 600, 800, 1000, 1200, 1400, 1600, 1800, 2000 ... 7000 Hp) seçilir və onların parametrlərinin qiymətləri yazılır;

4.Tropopauza (temperaturun 14 km ilə 17 km arasında və 18 km ilə 22 km arasında kəskin dəyişməsi) müəyyən edilir;

5.Xüsusi nöqtələr (temperaturun, rütubətin, sürətin və istiqamətin  sıçrayışla dəyişdiyi yerlər) müəyyən edilir;

6.«Yerə yaxın  təbəqə», «Təbəqə», «MK-04AB», «MK-04CD», «Şaquli dayanıqlıq», «Buzlaşma» məlumatları printer vasitəsilə çap edilir;

7.Aeroloji müşahidə məlumatları sənədləşdirilir və arxivləşdirilir.

 

                            AEROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ ÖTÜRÜLMƏSİ

    Aeroloji məlumatlar internetdən istifadə etməklə və faks vasitəsilə Milli Hidrometeorologiya Departamentinin aidiyyati qurumlarına, faks, elektron poçt və server vasitəsilə Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinə ötürülür. 

 

                             AEROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ TƏTBİQ SAHƏLƏRİ

    Aeroloji müşahidə məlumatlarından havanın proqnozlaşdırılmasında, doluya qarşı mübarizə, süni yağış yağdırılması və yağıntının miqdarının artırılması işlərində, həmçinin hərbi və mülki aviasiyanın,  kənd təsərrüfatının müxtəlif sahələrinin, hidrometeorologiya üzrə Beynəlxalq Təşkilatların aeroloji məlumatlarla təmin olunmasında istifadə edilir.

 

MAŞTAĞA AEROLOJİ STANSİYASI

MAŞTAĞA AEROLOJİ STANSİYASI

MAŞTAĞA AEROLOJİ STANSİYASI

MAŞTAĞA AEROLOJİ STANSİYASI


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da