Nümayiş saytı » rms » Şamaxı RMS
Xəbər haqqında informasiya
 (səslər: 0)
12-09-2011, 17:47

Şamaxı RMS

Bölmə: rms


          

Radiometerologiya və Aerologiya Mərkəzi

 

 

                     ŞAMAXI RADİOMETEOROLOJİ STANSİYASI

 

Şamaxı RMS
Şamaxı RMS




 

 

    

MRL-5 tipli radiolokatorla 250km-ə qədər radius məsafəsində baş verən hidrometeoroloji proseslər və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələr, müxtəlif hündürlüklərdə yağıntının intensivliyi və miqdarı, yağış yağan və şimşək çaxan ərazilər, dolunun ölçüləri və dolu yağan ərazilər müəyyən edilir.

 

 

FƏALİYYƏTDƏ OLAN  METEOROLOJI  və  AEROLOJI  RADIOLOKATORLARIN

 YERLƏŞMƏSİNİN  XƏRİTƏ  SXEMİ

 

 

 

 

 

 

 



 

 

 

RADİMETEOROLOJİ MÜŞAHİDƏLƏRİN TARİXİ

    Şamaxı Radiometeoroloji Stansiyasında radiometeoroloji müşahidələr:  hidrometeoroloji proseslərin və təhlükəli hidrometeoroloji hadisələrin (dolu, şimşək, leysan və s.) müşahidələri demək olar ki, 1968-ci ildən Azərbaycan Respublikasının Şamaxı rayonunda Şamaxı Hərbiləşdirilmiş Dəsdəsi tərəfindən doluya qarşı mübarizə işlərinin aparılması ilə başlanmışdır.

    İlk illərdə bu məqsədlə hərbi təyinatlı 3,2 sm dalğa uzunluqlu “DON” və 10 sm dalğa uzunluqlu “SON” radiolokatorlarından istifadə edilirdi.

    1970-ci ildən başlayaraq sırf meteoroloji müşahidə təyinatlı birdalğalı (3,2 sm) “MRL-1” və “MRL-2” tipli, 1985-ci ildən isə ikidalğalı (3,2 sm və 10 sm) “MRL-5” tipli meteoroloji radiolokatordan istifadə olunmağa başlanmışdır.  

    Şamaxı Radiometeoroloji Stansiyasındakı «MRL-5» tipli meteoroloji radiolokatorl uzun müddət istismar olunduğu və əsaslı təmir olunmaq üçün ehtiyat hissələri ilə təmin olunmadığı üçün  1995-ci ildə onun işi dayandırılmış, radiometeoroloji   müşahidə  işləri aparılmamışdır.

    Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti  yaradıldıqdan sonra 2002-ci ilin birinci yarısında Şamaxı Radiometeoroloji Stansiyasındakı «MRL-5» tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, fərdi kompüterlərdən istifadə etməklə avtomatlaşdırılmış radiometeoroloji müşahidə sistemləri  quraşdırılaraq istifadəyə verilmişdir.  

    Bundan sonra  Şamaxı Radiometeoroloji Stansiyası  tərəfindən hidrometeoroloji proseslərin (şimşək-leysan və dolu buludları, onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin) radiometeoroloji müşahidələri  aparılmağa başlanmışdır.

    Ekologiya və Təbii Sərvətlər Nazirinin 08 fevral 068/ü saylı əmri ilə  Milli Hidrometeorologiya Departamentinin tərkibində Radiometerologiya və Aerologiya Mərkəzi

yaradıldıqdan sonra Şamaxı RMS-ndakı MRL-5 tipli radiolokatorlarında ciddi təmir işləri görülmüş, “AİS-MRL” təmir edilmiş, sazlanmış, tez-tez sıradan çıxan və bu proqram bloklarının əsas hissələrindən olan AD-775-JR mikrosxem ABŞ və Rusiyadan gətirilmiş, kalibrovka edilmiş və dərəcələnmiş, radiometeoroloji müşahidələrin fasiləsiz aparılması təmin edilmişdir.  

 

                                                                

 

 

RADİMETEOROLOGİYANIN PREDMETİ və METODU

    Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin  öyrənilməsi, metodu isə meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin,  alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində göstərilməsidir.

    Fərdi kompüter vasitəsilə rəngli monitorda yerüstü hədəflərin fonunda aşağıdakılar formalaşdırılır və təsvir edilir:

1.Fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür;

2.Buludluğun (buludların) radioəkslərinin istənilən hündürlükdə üfüqi, istənilən istiqamətdə isə şaqüli kəsiklərinin xəritələri təsvir edilir;

3.Maksimal əksetmənin (Z10max - un və Z3,2max - un)   xəritələri təsvir edilir;

4.Buludluğun (buludların) radioəkslərinin aşağı və yuxarı sərhədlərinin xəritələri təsvir edilir;

5.Yağıntının intensivliyinin və miqdarının sahələrinin xəritələri təsvir edilir;

6.Təhlükəli hava hadisələrinin (dolu, şimşək, qasırğa, leysan, qar) xəritələri təsvir edilir;

7.Buludluğun (buludların) yerdəyişməsinin istiqaməti və sürəti təsvir edilir;

8.Buludluğun (buludların) parametrlərinin zamana görə dəyişməsinin qrafiki təsvir edilir;

9.Yuxarıada sadalanan bütün xəritələrin zamana görə dəyişmələri videofilm şəklində göstərilir;

10.Radiometeoroloji müşahidə məlumatları sənədləşdirilir;

11.İlkin radiolokasiya məlumatları arxivləşdirilir;

12.Radiometeoroloji müşahidə məlumatları, o cümlədən də dolu proseslərinə fəal təsir işləri aparıldıqda fəal təsir materialları rəngli (və ya ağ-qara) printer vasitəsilə çap edilir;

13.Qorunan və ona yaxın ərazilərdə buludluq müşahidə edildikdə sistem avtomatik olaraq «Növbətçilik» rejimindən fasiləsiz müşahidə rejiminə keçir;

14.Qorunan və ona yaxın ərazilərdə təsir obyekti (TO) olmadıqda bir dövr müşahidədən sonra proqram MRL-5 radiolokatorunun işini dayandırır, verilmiş müəyyən müddətdən sonra isə (məsələn hər 15 dəqiqədən, 1 saatdan, 3 saatdan və s. sonra) radiolokatoru avtomatik olaraq yenidən işə salır və «Növbətçilik» rejimində yenidən müşahidələr aparır;

15.İşin rahatlığı üçün kompüterin ekranının istənilən hissəsinin miqyasını istənilən qədər böyütməyə imkan verən «Lupa» rejimi vardır. 

 



 

 

RADİOMETEOROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ ÖTÜRÜLMƏSİ

    Radiometeoroloji müşahidə məlumatıarı internetdən istifadə etməklə azmeteoradar@gmail.commeteo 11@rambler.ru elektron poçt ünvanları və birbaşa  telefonla Milli Hidrometeorologiya Departamentinin  Proqnozlar Bürosuna ötürülür. Məlumatlar həm bu poçt ünvanları, həm də server vasitəsilə 

Radiometerologiya və Aerologiya Mərkəzinə ötürülür.   

 

RADİOMETEOROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ TƏTBİQ SAHƏLƏRİ

    Radiometeoroloji müşahidə  məlumatlarından qısamüddətli hava proqnozlarının hazırlanmasında, hərbi və mülki aviasiyanın, kənd təsərrüfatının müxtəlif sahələrinin , hidrometeorologiya üzrə Beynəlxalq Təşkilatların meteoroloji məlumatlarla təmin olunmasında, sel və daşqınların proqnozlaşdırılmasında, doluya qarşı mübarizə, süni yağış yağdırəlması və yağıntının miqdarının artırılması işlərində istifadə edilir.  

 

Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da