Nümayiş saytı » rms » GÖYGÖL RADİOMETEOROLOJİ STANSİYASI
Xəbər haqqında informasiya
 (səslər: 0)
12-09-2011, 17:28

GÖYGÖL RADİOMETEOROLOJİ STANSİYASI

Bölmə: rms

Radiometerologiya və Aerologiya Mərkəzinin 

 

 

GÖYGÖL RADİOMETEOROLOJİ STANSİYASI

 

 

GÖYGÖL RADİOMETEOROLOJİ STANSİYASI



 

 

MRL-5 tipli radiolokatorla 250km-ə qədər radius məsafəsində baş verən hidrometeoroloji proseslər və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələr, müxtəlif hündürlüklərdə yağıntının intensivliyi və miqdarı, yağış yağan və şimşək çaxan ərazilər, dolunun ölçüləri və dolu yağan ərazilər müəyyən edilir.

 

 

 

RADİMETEOROLOJİ MÜŞAHİDƏLƏRİN TARİXİ

    Göygöl Radiometeoroloji Stansiyasında radiometeoroloji müşahidələr:  hidrometeoroloji proseslərin və təhlükəli hidrometeoroloji hadisələrin (dolu, şimşək, leysan və s.) müşahidələri demək olar ki, 1972-ci ildən Azərbaycan Respublikasının Göygöl rayonunda Göygöl Hərbiləşdirilmiş Dəsdəsi tərəfindən doluya qarşı mübarizə işlərinin aparılması ilə başlanmışdır.

    1981-ci ildə meteoroloji müşahidə təyinatlı birdalğalı (3,2 sm) “MRL-1” tipli və hərbi təyinatlı 10 sm dalğa uzunluqlu “SON” radiolokatorlarından istifadə edilirdi.

   1983-cü ildən ikidalğalı (3,2 sm və 10 sm) “MRL-5” tipli meteoroloji radiolokatordan istifadə olunmağa başlanmışdır. 

    Göygöl Radiometeoroloji Stansiyasındakı «MRL-5» tipli meteoroloji radiolokatorl uzun müddət istismar olunduğu və əsaslı təmir olunmaq üçün ehtiyat hissələri ilə təmin olunmadığı üçün  1995-ci ildə onun işi dayandırılmış, radiometeoroloji   müşahidə  işləri aparılmamışdır.   

    Ekologiya və Təbii Sərvətlər Nazirinin 08 fevral 068/ü saylı əmri ilə  Milli Hidrometeorologiya Departamentinin tərkibində Radiometerologiya və Aerologiya Mərkəzi  yaradıldıqdan sonra bu mərkəzin mütəxəssisləri tərəfindən iyul-avqust aylarında Göygöl RMS-ndakı MRL-5 tipli radiolokatorlarında ciddi təmir-bərpa işləri aparılmış, kalibrovka edilmiş və dərəcələnmiş, radiometeoroloji müşahidələrin ştat rejimində aparılması təmin edilmişdir.  

    Sentyabr ayından başlayaraq  Göygöl Radiometeoroloji Stansiyası  tərəfindən hidrometeoroloji proseslərin (şimşək-leysan və dolu buludları, onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin) radiometeoroloji müşahidələri  aparılmağa başlanmışdır.

 

GÖYGÖL RADİOMETEOROLOJİ STANSİYASI

 

GÖYGÖL RADİOMETEOROLOJİ STANSİYASI



 

 

GÖYGÖL RADİOMETEOROLOJİ STANSİYASI



 

 

RADİMETEOROLOGİYANIN PREDMETİ və METODU

    Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin  öyrənilməsi, metodu isə meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, yuxarı və aşağı sərhədlərinin hündürlüklərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin təyin edilməsidir.

 

RADİOMETEOROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ ÖTÜRÜLMƏSİ

    Radiometeoroloji müşahidə məlumatıarı birbaşa  Radiometerologiya və Aerologiya Mərkəzinə ötürülür.   

 

RADİOMETEOROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ TƏTBİQ SAHƏLƏRİ

    Radiometeoroloji müşahidə  məlumatlarından qısamüddətli hava proqnozlarının hazırlanmasında, hərbi və mülki aviasiyanın, kənd təsərrüfatının müxtəlif sahələrinin , hidrometeorologiya üzrə Beynəlxalq Təşkilatların meteoroloji məlumatlarla təmin olunmasında, sel və daşqınların proqnozlaşdırılmasında, doluya qarşı mübarizə, süni yağış yağdırəlması və yağıntının miqdarının artırılması işlərində istifadə edilir. 

 

 

 

 




Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da