Xəbər haqqında informasiya
30-12-2014, 00:15

Məlumat 30.12.2014

Bölmə: İnformasiya

Ağstafa Radiometeoroloji stansiyasının  məlumatına əsasən dekabrın ayının 30-u yerli vaxtla saat 05:00 müddətinə Respublika ərazisində 0 dərəcə C izoterminin hündürlüyü yer səthində, 500 mb-a uyğun yüksəklikdə Qərb zonası üçün aparıcı axının sürəti 50 km/saat, istiqaməti Qərb-Şimal-Qərb ( 290 dərəcə), Şərq zonası üçün isə sürəti 47 km/saat, istiqaməti Qərb-Şimal-Qərb ( 300 dərəcə), 700 mb-a uyğun yüksəklikdə Qərb zonası üçün      aparıcı axının sürəti 56 km/saat, istiqaməti Qərb-Şimal-Qərb ( 280 dərəcə), şərq zonası üçün isə aparıcı axının sürəti 14 km/saat, istiqaməti Şimal-Qərb ( 315 dərəcə) təşkil etmişdir.



Ağstafa, Şamaxı, Göygöl və Şəki radiometeoroloji stansiyalarının məlumatlarına əsasən  dekabrın 30-u saat 10 radələrinə Respublikanın əksər ərazilərində yağıntəsız hava şəraiti müşahidə olunur.

Xəbər haqqında informasiya
12-12-2014, 11:55

Bunları Bilmək Maraqlıdır

Bölmə: maraqlidir

Xəbər haqqında informasiya
12-12-2014, 11:46

Dolunun topa-yağış buludlarında (Cb) yaranma mexanizmi

Bölmə: maraqli xeberler

 Topa-yağış buludları güclü-topa buludların sonrakı inkişafı nəticəsində yaranır, rütübət tutumu çox və atmosferdə dayanıqsız stratifikasiya olarsa, böyük hündürlüyə qədər çata bilirlər. Topa-yağış buludlarının aşağı sərhədlərinin hündürlüyü ilin fəsillərindən asılı olaraq bir neçə 100 m-dən 2 km-dək və bəzən daha çox, yuxarı sərhədlərinin hündürlüyü ilin soyuq dövrlərində adətən 4-6 km, isti dövrdə isə 8-10 km, bəzən 13-15 km-dək yüksəlir. Cb buludlarının üfüqi istiqamətdə paylanması isə bir neçə km-dən onlarla km-dək ola bilir. Təxminən 70% hallarda Cb buludlarının üfiqi paylanma məsafəsi 40 km-ə qədər və 10% hallarda isə 60 km-dən çox olur. 

      Topa-yağış buludları güclü topa buludların yuxarı sərhəddinin mənfi temperaturlar oblastında təbii kristallaşma təbəqəsinə daxil olması nəticəsində əmələ gəlirlər. Bu zaman buludun yuxarı hissəsində buz kristalları əmələ gəlir ki, onlar da əvvəlcə sublimasiya, sonra isə ifrat soyumuş su damcıları ilə koаqulyasiya nəticəsində böyüyərək iri damcılı leysan yağışları, bəzən isə  dolu şəklində yerə düşürlər. 

     Son elmi-tədqiqatların nəticələrinə əsasən, dolu əmələgəlmə prosesi aşağıdakı ardıcıllıqla baş verir.   Doymuş su  buxarı kondensasiya səviyyəsindən yuxarıda su damcılarına çevrilirlər. Bu zaman ayrılan xüsusi kondensasiya istiliyinin hesabına qalxan hava kütlələri ilə ətraf hava arasıdakı temperaturlar fərqi daha da artır ki, bu da konveksiyanın daha da şiddətlənməsinə səbəb olur. Bu zaman atmosferin dayanıqsızlıq dərəcəsindən asılı olaraq  su damcıları mənfi temperatur təbəqələrinə də daxıl ola bilir.   Lakin atmosferin bu təbəqələrində təbii kristallaşma mərkəzləri demək olar ki, mövcud olmadığından su damcıları dona bilmir və ifrat soyumuş halda olurlar. Su damcıları bir-biri ilə toqquşaraq  böyüyürlər, lakin su damcılarının ölçüləri 0,6-0,7 sm-dən artıq ola bilmir. 

      Məlum olduğu kimi, atmosferdə olan su damcısına yerin cazibə qüvvəsi və səthi gərilmə qüvvəsi təsir edir və bunlardan birincisi damciların ölçülərinin 3-cü dərəcəsi,  ikincisi  isə   2-ci dərəcəsi ilə düz mütənasibdir. Damcıların ölçüləri kiçik olduqda səthi gərilmə qüvvəsi cazibə qüvvəsindən böyük olduğundan damcılar kürə şəklində olur, lakin onların ölçüləri artdıqca cazibə qüvvəsi səthi gərilmə qüvvəsinə nisbətən daha kəskin artır. Bunun nəticəsinda su damcıları artıq kürə şəklində qala bilmir və əvvəlcə ellipsoid, sonra isə qantel forması alaraq iki yerə bölünürlər. Buludda baş verən fasiləsiz birləşmə və bölünmələr nəticəsində dinamik tarazlıq yaranır. Beləliklə, ölçüləri 0,7 sm-dən böyük olmayam ifrat soyumuş su damcıları şaquli axınların mövcud olduğu şəraitdə havada asılı vəziyyətdə qalırlar, axınlar zəiflədikdə isə aşağı doğru hərəkət etsələr də, əksər hallarda buxarlanma nəticəsində yer səthinə çatmırlar. Qeyd edək ki, 10 sm-lik dalğa diapazonunda MRL-lər belə buludları yaxşı görmürlər. 

     Əgər konveksiyanın güclənməsi nəticəsində buludun yuxarı sərhəddi daha aşağı temperatur oblastına qalxarsa (-18 °C səviyyəsindən yuxarı), onda daha iri damcıların donması ehtimalı artır. Məsələ burasındadır ki, temperatur aşağı düşdükcə molekulların istilik hərəkəti yavaşıdığından onların fluktasion (təsadüfi) yaxınlaşma ehtimalı artır. Bu zaman bir neçə su molekulunun ani yaxınlaşması kristallaşma mərkəzi rolunu oynayır və beləliklə, su damcısı donur. Su damcılarının təbii (heterogen) kristallaşmasından fərqli olaraq, qeyd edilən kristallaşma növü homogen kristallaşma adlanır.  

     Məlumdur ki, buzun üzərində doymuş buxarın təzyiqi, suyun üzərindəki doymuş buxarın təzyiqindən azdır. Bu səbəbdən ifrat soyumuş su damcılarının üzərindən su buxarı yeni yaranmış buz dənəciklərinin üzərinə hopur və beləliklə, buz dənəzikləri sublimasiya hesabına böyüməyə başlayır.  Böyüyən buz dənələri aşağı düşməyə başlayır və bu zaman ifrat soyumuş su damcıları ilə birləşərək daha sürətlə böyüməyə başlayırlar (qravitasiya koaqulyasiyası).   Beləliklə,  topa-yağış buludunda dolu əmələ gəlir.   Əgər yaranan dolunun düşmə sürəti həmin yerdə qalxan axınların sürətində çoxdursa,  o yerə doğru hərəkət edir. Buludda yaranın dolunun ölçülərindən və 0 °C izoterminin səviyyəsindən asılı olaraq, yer səthinə dolu və ya leysan yağışları yağa bilər.  

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da