Xəbər haqqında informasiya
25-07-2013, 20:57

23 iyul 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

Bölmə: İnformasiya

Radiometeorologiya və Aerologiya Mərkəzinin Ağstafa radiometeoroloji stansiyasının radar məlumatlarına əsasən, 2013-cü il 23 iyul gecə saatlarında Ermənistan ərazisində formalaşan güclü leysan buludu qərbdən şərqə doğru saatda 40 km sürətlə hərəkət edərək Ağstafa və Qazax rayonları ərazisində qısamüddətli, lakin güclü leysan yağıntılarının düşməsinə səbəb olmuşdur. Yağıntılar intensiv şimşək çaxması və güclü küləklə müşaiyət olunub. Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisinə dağlardan gələn sel bəzi yerlərdə fəsadlar törətmişdir.

 

Xəbər haqqında informasiya
3-07-2013, 13:36

02 iyul 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

Bölmə: İnformasiya

Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa, Göygöl və Şamaxı radiometeoroloji stansiyalarının məlumatlarına əsasən 2 iyul günün ikinci yarisından başlayaraq Kiçik və Böyük Qafqazın bəzi ərazilərinə bəzən xırda dolu ilə müşaiyət olunan intensiv leysan yağıntıları düşmüşdür. Daha intensiv yağıntılar Daşkəsən, Göygöl, Şəki, Oquz, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarının bəzi ərazilərində qeydə aıınmışdır. Oquz rayonunun Əlican çayı hövzəsinə düşən fəlakətli leysan nəticəsində (1 saat ərzində 75 mm-dən artıq) çay məcrasından çıxaraq ətraf əraziləri başmış və 3 nəfərin ölümünə səbəb olmuşdur. Yaşayış məntəqələrinə xeyli ziyan dəymişdir. Gözlənilən intensiv yağıntılar və onlarla əlaqədar daşqın və sel hadisələri haqqında Mərkəz tərəfindən 3-4 saat qabaqcadan proqnoz xəbərdarlığı verilmişdir.

 

02 iyul 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

 

 

Ağstafa RMS-in məlumatına əsasən 2013-cü il 2 iyul saat 15.33 - dən 22.54- ə qədər müddətdə düşən atmosfer yağıntılarının ərazi üzrə paylanma xəritəsi

 

 

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da