Xəbər haqqında informasiya
27-06-2013, 13:39

25 iyun 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

Bölmə: İnformasiya

Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının məlumatına əsasən 25 iyun gecə saatlarında Böyük Qafqazın cənub yamacı ərazilərində qeyri sabit hava şəraiti müşahidə edilmişdir. Belə ki, saat 01 radələrində Gürcüstanın Laqodexi rayonu ərazisində yaranan güclü dolu-leysan buludu şimal qərbdən cənub şərq istiqamətində saatda təxminən 40 km sürətlə hərəkət edərək Balakən, Zaqatala, Qax və qismən Şəki rayonları ərazisində bəzən xırda dolu müşaiyət olunan intensiv leysan yağıntılarının düşməsinə səbəb olmuşdur. Bəzi yerlərdə düşən yağıntıların miqdarı 100 mm-ə yaxın olmuşdur. Yağıntılar belə proseslər üçün xarakterik olan güclü külək və şimçək çaxması ilə müşaiyət olunmuş, ərazidəki çaylarda suyun səviyyəsi nəzərəçarpacaq dərəcədə qalxmışdır.

 

(Radar görüntüləri) Video material üçün (012) 566 62 15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

 

 

 

 

25 iyun  2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

 



Xəbər haqqında informasiya
10-06-2013, 13:21

Radiometeorologiya və Aerologiya Mərkəzi

Bölmə: İnformasiya

                                                                              Radiometeorologiya və Aerologiya Mərkəzi

        Radiometeorologiya və Aerologiya  Mərkəzi (bundan sonra Mərkəz) Ekologiya və Təbii Sərvətlər Nazirinin 3 avqust 2012-ci il tarixli 439/ü saylı əmri ilə yaradılmış və 31 avqust 2012-ci il tarixli 592/ü saylı əmri ilə isə həmin Mərkəzin  struktur və stat cədvəli təsdiq olunmuşdur. Onun tərkibinə  Radiometeoroloji və aeroloji müşahi-dələrin təşkili şöbəsi, Təhlükəli atmosfer hadisələrinin təhlili və statistikası şöbəsi, Ağstafa, Şamaxı, Göygöl, İsmayıllı, Şəki, Tovuz, Füzuli, Zəngilan və Agdərə radiometeoroloji stansiyaları (RMS), Maştaga aeroloji stansiyası (AS) və Atmosfer proseslərinə fəal təsir dəstəsi daxildir.  

         Mərkəzin yaradılmasında əsas məqsəd müasir computer, informasiya texno-logiyaları və radioelektronika sahəsində yeniliklərin tətbiqilə radiolokasiya və aeroloji müşahidələrinin  keyfiyyətinin yüksəldilməsini və müvafiq müşahidə məlumatlarının operativ olaraq istifadəçilərə çatdırılmasını təmin etməkdən ibarətdir.

        Mərkəzin strukturuna daxil olan radiometeoroloji stansiyalar 1967-1986-cı illər-də respublika ərazisində həyata keçirilən doludan mühafizə tədbirləri ilə əlaqədar  atmosfer proseslərinə  fəal təsir hərbiləşdirilmiş dəstələri  (bundan sonra “Dəstələr”) kimi yaradılaraq 1992-ci ilə qədər Atmosfer Proseslərinə Fəal Təsir Xidmətinin tərkibində fəaliyyət göstərmişlər.  2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə əlaqədar olaraq Ağstafa və Tovuz Dəstələri Milli Hidrometeorologiya Departamenti Ağstafa Atmosfer Proseslərinə Fəal Təsir Təcrübə Sınaq Poliqonunun, digər Dəstələr, həmçinin Maştağa  və Lənkəran aeroloji stansiyaları isə Radiometeorologiya və Aerologiya Rəsədxanasının tərkibinə verilmişdir. Həmin dövrdən başlayaraq Dəstələr  radiometeoroloji stansiyalar (RMS) adlanır.  2012-ci ilin avqust ayından RMS-lar Milli Hidrometeorologiya Departamentinin yeni yaradılmış   Radiometeorologiya və Aerologiya Mərkəzinin tabeliyinə verilmişdir.           

        Hazırda Agstafa və Şamaxı RMS-da  radiolokasiya  müşahidələri MRL-5  radiolokatorunun bazasında və müvafiq  proqram-texniki kompleksin tətbiqilə yara-dılmış avtomatlaşdırılmış idarəetmə sistemi (AİS-MRL), Göygöl RMS-da isə MRL-5 radiolokatoru ilə yarımavtomat rejimində aparılır. AİS-MRL proqram kompleksi  vasitəsilə respublika ərazisində 250 km radiusda  baş verən atmosfer yağıntıları, o cümlədən  güclü dolu–şimşək və leysan prosesləri izlənilir. Radiometeoroloji şərait təhlil olunaraq faktiki və yaxın saatlarda gözlənilən təhlükəli leysan, dolu, şimşək və onlarla əlaqədar olan daşqın və sel hadisələri haqqında məlumatlar  Hidrometoroloji Proqnozlar Bürosuna, digər istifadəçilər üçün isə Mərkəzin müvafiq azmeteoradar@gmail.com elektron ünvanına  göndərilir.  

 

        Atmosferin müxtəlif qatlarında hava axınlarının vəziyyətini, temperaturu, təzyiqi, rütubətliliyi müəyyənləşdirmək məqsədilə Mərkəzin Maştağa aeroloji stansiyasında 25-35 km hündürlüyə qədər qalxa bilən xüsusi  radiozondlar buraxılır.  Xüsusi radiolokasiya sistemi vasitəsilə radiozondlardan qəbul edilən meteoroloji məlumatlar təhlil edilərək müxtlif istifadəçilərə çatdırılır. Beynəlxaq yayıma cəlb olunan bu məlumatların aviasiyada, sinoptik xəritələrin tərtib olunmasında və beləliklə də ərazidə gözlənilən hava şəraiti haqqında proqnozların dəqiqləşdirilməsində müstəsna əhəmiyyəti vardır.  

Xəbər haqqında informasiya
7-06-2013, 14:22

6-7 iyun 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

Bölmə: İnformasiya

Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının radar məlumatlarına əsasən, iyunun 6-ı günün 2-ci yarısından başlayaraq iyunun 7-i gecə saatlarınadək respublikanın bəzi qərb və şimal-qərb ərazilərində qeyri-sabit hava şəraiti müşahidə edilmişdir. Axşam və gecə saatlarında dolu-şimşək proseslərinin daha da güclənməsi qeydə alınmışdır. Kəlbəcər, Ağstafa, Qazax, Şəmkir, Samux, Qax və Şəki rayonları ərazisində bəzən dolu ilə müşaiyət olunan intensiv leysan yağıntıları düşmüşdür.  Daha intensiv dolu düşməsi Şəmki, Samux və Qax rayonları ərazisində qeydə alınmışdır. İntensiv yağıntılar həmçinin qonşu Gürcüstanın əsasən Kür və Alazan çayları hövzələrində müşahidə edilmişdir.

 

 

(Radar görüntüləri) Video material üçün (012) 566 62 15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

 

 

 

 

 

Ağstafa RMS-in radar məlumatlarına əsasən, 2013-cü il iyunun 6-ı saat 17.34-dən iyunun 7-i gecə saat 4.54-ə qədər müddətdə düşən atmosfer yağıntılarının ərazi üzrə paylanması xəritəsi


 



Xəbər haqqında informasiya
5-06-2013, 11:56

3 iyun 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

Bölmə: İnformasiya

Radiometeorologiya və Aerologiya Mərkəzi  Ağstafa Radiometeoroloji Stansiyasının məlumatına əsasən iyunun 3-ü saat 17.30 radələrindən başlayaraq Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdərə, Ağdam, Xocalı, Beyləqan rayonları və Gəncə şəhəri ərazisində bəzən dolu düşməsi, intensiv şimşək çaxması və güclü küləklə müşüiyət olunan intensiv leysan yağıntıları müşahidə olunmuşdur.

 

(Radar görüntüləri) Video material üçün (012) 566 62 15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

 

 

 

 

3 iyun 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı



Xəbər haqqında informasiya
1-06-2013, 13:55

31 may 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

Bölmə: İnformasiya

 Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa Radiometeoroloji Stansiyasının məlumatına əsasən, mayın 31-i saat 18-19 radələrində Gürcüstanın Telavi və Axmeta rayonları ərazisi üzərində formalaşan güclü dolu-şimşək prosesi Şimal Şimal-Qərbdən Cənub Cənub-Şərqə doğru hərəkət edərək təxminən 23 radələrindən başlayaraq Ağstafa və Qazax rayonları ərazisində bəzən  dolu, intensiv şimşək çaxması və güclü küləklə müşaiyət olunan şiddətli leysan yağıntılarının düşməsinə səbəb olmuşdur.   

 

(Radar görüntüləri) Video material üçün (012) 566 62 15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

 

 

 

31 may 2013 -Radiometeorologiya və Aerologiya Mərkəzi Ağstafa radiometeoroloji stansiyasının hava şəraiti haqqında məlumatı

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da