Xəbər haqqında informasiya
31-05-2012, 14:31

Mayın 29 və 30-u Ağstafa Radiometeoroloji Stansiyasının radar məlumatları

Bölmə: İnformasiya

Ağstafa  Radiometeoroloji Stansiyasının radar məlumatlarına əsasən may ayının 29-da və 30-da  saat 17.00 radələrindən başlayaraq günün sonuna qədər Kiçik  Qafqaz dağlarının Azərbaycana aid olan şimal-şərq hissəsində şimşək, güclü külək, leysan və dolu ilə müşaiyyət olunan, dövlət və mülki obyektlərə, kommunikasiya xətlərinə, kənd təsərrüfatı bitgilərinə güclü ziyan  vura biləcək təhlükəli hidrometeoroloji hadisələr müşahidə edilmişdir.  Həmin günlərdə Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Ağdam, Tərtər, Naftalan, Bərdə rayonlarına güclü leysan yağmış və dolu düşmüşdür.

Mayın 29 və 30-u Ağstafa  Radiometeoroloji Stansiyasının radar məlumatları

Mayın 29 və 30-u Ağstafa  Radiometeoroloji Stansiyasının radar məlumatları

Mayın 29 və 30-u Ağstafa  Radiometeoroloji Stansiyasının radar məlumatları

Mayın 29 və 30-u Ağstafa  Radiometeoroloji Stansiyasının radar məlumatları

Mayın 29 və 30-u Ağstafa  Radiometeoroloji Stansiyasının radar məlumatları

Mayın 29 və 30-u Ağstafa  Radiometeoroloji Stansiyasının radar məlumatları


 

Xəbər haqqında informasiya
18-05-2012, 03:02

Mayın 16-da baş vermiş intensiv yağıntılar və dolu haqqında radiolokasiya məlumatı

Bölmə: İnformasiya

Ağstafa ve Şamaxi Radiometeoroloji Stansiyalarının  məlumatlarına əsasən,  mayin 15-i saat 15 radələrindən başlayaraq  bəzən intensiv dolu ilə müşaiyət olunan şiddətli leysan yaqıntıları əvvəlcə Ismayıllı və Qəbələ, daha sonra isə Şamaxi, Göyçay, Ağsu, ve Mərəzə rayonları ərazisində müşahidə olunmuşdur.  Saat 19 radələrindən başlayaraq şiddetli leysan ve dolu Kürdəmir rayonu ərazisində qeydə alınmışdır.   Saat 20 radələrindən başlayaraq  intensiv dolu ile müşaiyet olunan güclü leysan yağıntıları Qax rayonu, saat 21 radələrindən başlayaraq isə Şəki rayonu ərazisində  müşahidə olunmuşdur.  Bezi yerlərdə, xüsusilə də Şəki və Qax rayonları ərazisində intensive yağıntılar ayın 16-ı gecə saat 2 radələrinədək davam etmişdir. Radiolokasiya məlumatlarına görə yağıntılar əsasən local xarakter daşımış və bəzi yerlərdə onun miqdarının 50-60 mm-dən artıq olduğu ehtimal olunur.  İntensiv yağıntıların düşdüyü  əksər ərazilərdə d aşqınlar keçdiyi və dolunun kənd təsərrüfatına ziyan verdiyi ehtimal olunur.  Hazırda  təhlükəli hidrometeoroloji  hadisə və onun nəticələri haqqında radiolokasiya məlumatları faktiki məlumatlar əsasında dəqiqləşdirilir.



Xəbər haqqında informasiya
18-05-2012, 03:00

Kür-Neftçala hidroloji məntəqəsində on-line videogörüntüləri təmin edən kamera quraşdırılmışdır.

Bölmə: İnformasiya

Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin mütəxəssisləri tərəfindən 03.04.2012-ci il tarixində Kür-Neftçala hidroloji məntəqəsində on-line video kamerası quraşdırılmışdır. Kamera Kür çayının səviyyəsi və ətraf görüntüləri haqqında məlumatı on-line rejimində izləməyə imkan verəcək. Bu məlumatlar yaz-yay mövsümündə operativ hidroloji proqnoz verən mütəxəssislər üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə əhali də az.meteoradar.com və eco.gov.az saytlarına daxil olaraq həmin məntəqədə Kür çayının vəziyyəti haqqında operativ məlumat əldə edə biləcəklər.

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da