Nümayiş saytı » İnformasiya » AEROLOJİ MÜŞAHİDƏLƏR
Xəbər haqqında informasiya
 (səslər: 0)
15-08-2011, 04:21

AEROLOJİ MÜŞAHİDƏLƏR

Bölmə: İnformasiya


Radiometerologiya və Aerologiya  Mərkəzi

 

 

 

AEROLOJİ MÜŞAHİDƏLƏR

 


 

                                                                              AEROLOJİ RADİOLOKATOR « Titan AHK-1M»  

 

 


   Aeroloji radiolokator  “Titan AHK-1M” və

 radiozond vasitəsi ilə atmosferin şaquli 

zondlanması həyata keçirilir və atmosferin 

 müxtəlif qatlarında atmosfer təzyiqi, havanın

 temperaturu və rütubətliyi, küləyin sürəti və

 istiqaməti təyin edilir

 

 

 

 

                   FƏALİYYƏTDƏ OLAN RADİOMETEOROLOJİ və AEROLOJİ RADİOLOKATORLARIN

 

                                                       YERLƏŞMƏSİNİN XƏRİTƏ SXEMİ  

 



 

 

 

                                 AZƏRBAYCANDA AEROLOJI MÜŞAHİDƏLƏRİN TARİXİ


     Azərbaycanda aeroloji müşahidələrin aparılmasına 1936-cı ildən Maştağa Aeroloji Stansiyasında başlanılmışdır. Stansiyada 1973-cü ildə “Meteorit-2” aeroloji radiolokatoru quraşdırılmış  və RKZ-5, 1984-cü ildən “MARZ-2-2”  radiozondu buraxılmağa başlanmışdır. 1984-cü ildə «Titan AHK-1M» aeroloji radiolokatoru quraşdırılmış və “MRZ-3A” radiozondundan istifadə olunmağa başlanmışdır.

    1977-ci ildə Lənkəran Aeroloji Stansiyası itifadəyə verilmişdir və “Meteorit-2” aeroloji radiolokatoru quraşdırılmışdır. 

    Maştağa Aeroloji Stansiyasındakı «Titan AHK-1M» və Lənkəran Aeroloji Stansiyasındakı «Meteorit-2» tipli aeroloji radiolokatorlar uzun müddət istismar olunduğu və əsaslı təmir olunmaq üçün ehtiyat hissələri ilə təmin olunmadığı üçün  1995-ci ildə bu radiolokatorların işi dayandırılmış, aeroloji müşahidə  işləri aparılmamışdır.  

    Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti  yaradıldıqdan sonra 2003-cü ilin axırlarında    Maştağa Aeroloji Stansiyasındakı «Titan AHK-1M» tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, fərdi kompüterlərdən istifadə etməklə avtomatlaşdırılmış aeroloji müşahidə sistemləri  quraşdırılaraq istifadəyə verilmişdir.    

    Bundan sonra Maştağa Aeroloji Stansiyasından hər gün 40 km hündürlüyə qədər qalxan radiozond buraxılmaqla aeroloji radiolokatorların vasitəsi ilə atmosferin troposfer və stratosfer qatlarının aeroloji müşahidələri aparılmağa başlanmışdır.

    Ekologiya və Təbii Sərvətlər Nazirinin 08 fevral 068/ü saylı əmri ilə  Milli Hidrometeorologiya Departamentinin tərkibində, "Radiometerologiya və Aerologiya" mərkəzi  yaradıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirinin 08 fevral 068/ü saylı əmri ilə  Milli Hidrometeorologiya Departamentinin tərkibində "Radiometerologiya və Aerologiya" mərkəzi yaradıldıqda Maştağa və Lənkəran Aeroloji Stansiyaları fəaliyyət göstərmirdi. Mərkəzin mütəxəssisləri tərəfindən Maştağa AS-ndakı “Titan AHK-1M” tipli radiolokatorunda təmir edilmiş, radiozondun test buraxılışı həyata keçirilmişdir. Testlər zamanı yaranmış nasazlıqlar aradan qaldırılmış, radiozond buraxılışı bərpa edilmişdir.

 

    Lənkəran Aeroloji Stansiyasının işini bərpa etmək yalnız yeni aeroloji stansiya  alınandan sonra mümkün ola bilər. Hazırda Lənkəran AS-dəki “Meteorit-2” tipli aeroloji radiolokator fiziki və mənəvi cəhətdən çox köhnəlmiş və heç bir təmir-bərpa işinin aparılması mümkün deyil. Rusiyada  bu radiolokatorun özünün və ehtiyyat hissələrinin istehsalı çoxdan dayandırılmış və istismardan  çıxarılmışdır.

 

 

 

                                                     AEROLOGİYANIN PREDMETİ və METODU


    Aerologiyanın predmeti sərbəst atmosferdə baş verən fiziki proseslərin  öyrənilməsi, metodu isə aeroloji radiolokatorun və zondlama, yəni atmosferə qaldırılmış cihazın vasitəsi ilə müxtəlif meteoroloji kəmiyyətlərin (küləyin sürət və istiqamətinin, təzyiqin, temperaturun və rütubətin), həmçinin havanın qaz və aerozol tərkibinin ölçülməsidir.

    Aeroloji müşahidə məlumatlarının qəbulu, toplanması, saxlanması, arxivləşdirilməsi, işlənməsi, emalı və ötürülməsi fərdi kompüterlərin köməyi ilə avtomatlaşdırılmış rejimdə aparılır.

 

Fərdi kompüter vasitəsilə rəngli monitorda aşağıdakılar təsvir edilir:

1.Zondun verdiyi temperaturun, rütubətin, təzyiqin, küləyin sürət və istiqamətinin qiymətləri hesablanır və qrafiklərii qurulur;

2. Şeh nöqtəsi hesablanır;

3. Standart hündürlüklər (100, 200, 400, 600, 800, 1000, 1200, 1400, 1600, 1800, 2000 ... 7000 Hp) seçilir və onların parametrlərinin qiymətləri yazılır;

4.Tropopauza (temperaturun 14 km ilə 17 km arasında və 18 km ilə 22 km arasında kəskin dəyişməsi) müəyyən edilir;

5.Xüsusi nöqtələr (temperaturun, rütubətin, sürətin və istiqamətin  sıçrayışla dəyişdiyi yerlər) müəyyən edilir;

6.«Yerə yaxın  təbəqə», «Təbəqə», «MK-04AB», «MK-04CD», «Şaquli dayanıqlıq», «Buzlaşma» məlumatları printer vasitəsilə çap edilir;

7.Aeroloji müşahidə məlumatları sənədləşdirilir və arxivləşdirilir.

 

                                AEROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ ÖTÜRÜLMƏSİ


    Aeroloji məlumatlar internetdən istifadə etməklə və faks vasitəsilə Milli Hidrometeorologiya Departamentinin aidiyyati qurumlarına, faks, elektron poçt və server vasitəsilə "Radiometerologiya və Aerologiya" mərkəzinə ötürülür. 

 

                                   AEROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ TƏTBİQ SAHƏLƏRİ


    Aeroloji müşahidə məlumatlarından havanın proqnozlaşdırılmasında, doluya qarşı mübarizə, süni yağış yağdırılması və yağıntının miqdarının artırılması işlərində, həmçinin hərbi və mülki aviasiyanın,  kənd təsərrüfatının müxtəlif sahələrinin, hidrometeorologiya üzrə Beynəlxalq Təşkilatların aeroloji məlumatlarla təmin olunmasında istifadə edilir.

 

Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.

Video görüntüləri


Saytımızdan daha geniş yararlanmaq üçün

^

Biz Twitter-də Biz Facebook-da